Nəsrin Cavadzadə “Daha on yedi” serialında

Maraqlı

07.02.2026 - 16:57

Azərbaycan əsilli aktrisa yeni serialda baş rolda çəkiləcək

Nəsrin Cavadzadə yeni serialda baş rolu canlandıracaq. AYNA.AZ-ın məlumatına görə, Azərbaycan əsilli türk aktrisası Nəsrin Cavadzadə "Daha on yedi" adlı serialda baş rolda çəkiləcək. O baş qəhrəman Şebnam rolunu canlandıracaq.

Türkiyə mediası yazır: "Personajın dərinliyini və süjetin əhəmiyyətini nəzərə alsaq, aktyorun performansı artıq maraq doğurur".

Filmin rejissoru Emre Kabakuşak, ssenari müəllifi isə Redife Zenerer və Gökan Korkusuzdur. Bu güclü komanda türk tamaşaçılarının layihəyə olan gözləntilərini daha da artırır.

Film “Kanal D” üçün “Pastel Film” tərəfindən istehsal olunur.

Hazırda hazırlıq mərhələsində olan serialda digər baş rolları canlandıracaq aktyorlar hələlik açıqlanmayıb. Serialın aktyor heyətinin yaxın günlərdə tam şəkildə toplanacağı gözlənilir.

Çəkilişlərin Bodrumda aparılacağı bildirilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş