Neftin qiyməti bir qədər bahalaşıb

İqtisadiyyat

14.08.2020 - 11:29

Azərbaycan neftində enmə olub

 

Dünya birjalarında neftin qiyməti bahalaşıb. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,19 dollar bahalaşaraq 45,15 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,16 dollar artaraq 42,40 dollar təşkil edib.

 

Azərbaycan neftinin qiyməti isə ucuzlaşıb.Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,3 dollar azalaraq 45,45 dollar olub.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az