Neftimiz bahalaşıb

İqtisadiyyat

31.07.2026 - 11:31

"Azeri Light" 98 dollardan baha satılır

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. AYNA.AZ xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,39 dollar və ya 0,4% artaraq 98.58 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 98.19 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş