Əməkdaşlar Silahlı Qüvvələrə mənəvi dəstəyini belə bildirib
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşları Azərbaycan Ordusuna, Silahlı Qüvvələrə mənəvi dəstəyini qanvermə aksiyası keçirməklə bildirib. ETSN-in Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, nazirliyin kollektivi və ekokönüllülər xüsusi karantin rejiminin qaydalarına əməl etməklə qanvermə aksiyasında iştirak edirlər.
Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Qan Bankının xüsusi tibb briqadasının həkim hematoloqları donorların sağlamlıq vəziyyətini yoxladıqdan sonra onlardan qan götürürlər.
Nazirlik səhhəti imkan verən hər kəsi qanverməyə, birlik və həmrəylik nümayiş etdirməyə çağırır.