“Namazov” filmi sentyabrda nümayiş olunacaq

Mədəniyyət

23.06.2026 - 19:41

Beş hərbçinin kəşfiyyat xarakterli əməliyyatına həsr edilən film bəşəri ideyalara əsaslanır.

Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Elçin Hüseynbəylinin “Əsgər barmağını əmən körpə” hekayəsinin motivləri əsasında “Namazov” filminin çəkilişləri yekunlaşır. Filmin nümayişinin sentyabrda keçirilməsi planlaşdırılıb. AYNA.AZ xəbər verir ki, bu barədə Azərtac-a açıqlamasında filmin ssenari müəllifi və rejissoru, Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) üzvü və Azərbaycan Yazıçılar Birliyinin (AYB) mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

O diqqətə çatdırıb ki, beş hərbçinin kəşfiyyat xarakterli əməliyyatına həsr edilən film bəşəri ideyalara əsaslanır.

“Əməliyyat zamanı düşmən uşağını xilas edən Namazov qəhrəmancasına şəhid olur. Filmin çəkilişləri Şabran rayonunun Pirəbədil, Çinarlı, Qorğan kəndlərində və Bakı şəhərində həyata keçirilib. Ekran əsərində komandir obrazını AKİ üzvü, Xalq artisti Məmməd Səfa, Namazov obrazını isə Bələdiyyə Teatrının aktyoru Toğrul Rza canlandıracaq. Ekran əsərinin bədii rəhbəri AKİ-nin İdarə Heyətinin üzvü, kinorejissor, Xalq artisti Oktay Mir-Qasım, texniki məsləhətçisi tanınmış kinooperator Rafiq Əliyev, quruluşçu operatoru Məmməd Əmindir.

“Khayali Media” şirkətinin istehsalı olan qısametrajlı bədii filmin çəkilişlərinə Azərbaycan Kinematoqrafçılar İttifaqı maliyyə dəstəyi göstərib”,- deyə Xəyal Rza əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş