Naftalana istirahətə gələn şəxs ürək tutmasından dünyasını dəyişib
Naftalanda 69 yaşlı kişinin meyiti aşkarlanıb. AYNA.AZ-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərdə yerləşən sanatoriyalardan birində qeydə alınıb.
Məlum olub ki, meyiti tapılan şəxs Özbəkistan Respublikasının vətəndaşı, 1957-ci il təvəllüdlü Z.Mahmudoviçdir.
İlkin məlumata görə, Özbəkistandan Naftalana istirahətə gələn şəxs ürək tutmasından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.