Şahnaz Şahinin “Mübariz” poemasının ssenarisi əsasında hazırlanmış tamaşanın premyerası baş tutacaq
İyulun 17-də Ağdam Dövlət Dram Teatrınının səhnəsində şair, yazıçı- publisist Şahnaz Şahinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunmuş "Mübariz" poemasının ssenarisi əsasında hazırlanmış tamaşanın premyerası baş tutacaq.
AYNA xəbər verir ki, tamaşanın rejissoru Kərim Həsənov, ssenari müəllifi Könül Məmmədovadır. Qəhrəmanın rolunu aktyor Fərhad Fərhadzadə ifa edir. Giriş sərbəstdir.
Qeyd edək ki, teatr bu tamaşa ilə mövsümə yekun vuracaq.