Bir bilet al, iki film izlə

Mədəniyyət

21.01.2020 - 20:51

Cem Yılmazın “Karakomik filmler 2” komediyası “CinemaPlus”da 

 

“CinemaPlus” kinoteatrlar şəbəkəsi çoxdan gözlənilən, Cem Yılmazın “Karakomik filmler 2” komediyasının nümayişinə başlayıb. AYNA xəbər verir ki, bir bilet alan tamaşaçılar iki film izləyəcəklər.

 

Ssenaristi və rejissoru Cem Yılmaz olan “Karakomik filmler” silsiləsinin davamı olan “Karakomik filmler 2” “Deli” və “Emanet” adında iki filmdən ibarətdir.

 

“Deli” ən böyük xəyalı sevdiyi qızın qarşısında oturmaq olan bir taksi sürücüsünün gecə növbəsində başına gələn hadisələrdən bəhs edir. “Emanet” isə istedad müsabiqələrinə qatılıb, bu yolla məşhur olmağın xəyalını quran bir rəqqasın hekayəsindən bəhs edir.

 

Baş rollarda Cem Yılmaz, Çağlar Çorumlu və Özge Özpirinçci çəkiliblər.

 

“CinemaPlus” hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.

Müəllif: Ayna.az