İlham Əliyev, Putin və Paşinyan arasında görüş keçirilir
Moskvada Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş başlayıb.
AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Qeyd edək ki, liderlərin görüşündə Dağlıq Qarabağla bağlı 9 noyabr 2020-ci il tarixli Bəyanatının icrasına baxılması planlaşdırılır və bölgədəki problemlərin həlli üçün gələcək addımların müzakirə edilməsi nəzərdə tutulur. Döyüş əməliyyatlarından zərər çəkmiş bölgələrin sakinlərinə yardımın göstərilməsi, eləcə də ticarət, iqtisadi və nəqliyyat əlaqələrinin işə salınması və inkişafı məsələlərinə xüsusi diqqət yetiriləcək.
Bu, 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan dövlət başçıları arasında ilk görüşdür.