Moskvada koronavirus qurbanlarının sayı artıb

Dünya

23.05.2020 - 02:35

Rusiyada koronavirusla bağlı son vəziyyət açıqlanıb 

 

Gün ərzində Rusiyanın paytaxtı Moskvada koronavirusdan daha 67 nəfər ölüb.

 

AYNA xəbər verir ki, bu barədə Koronavirusa Mübarizə üzrə Vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargah məlumat yayıb.

 

"Moskvada pnevmaniya diaqnozunun təsdiqləndiyi və koronavirusla bağlı analizlərin müsbət nəticə verdiyi 67 pasiyent öldü", - deyə qərargahdan bildirilib. 

 

Məlumata görə, bununla da paytaxtda koronavirus qurbanlarının ümumi sayı 1 934 nəfərə çatıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş