Moskvada daha 29 nəfər koronavirusdan ölüb

Dünya

21.04.2020 - 06:23

cedabet dərman SEO Xidməti

Koronavirus can almaqda davam edir 

 

Son sutka ərzində Rusiyanın paytaxtı Moskvada 30-a yaxın şəxs koronavirusdan vəfat edib.

 

AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın koronavirus infeksiyası ilə bağlı vəziyyətə Nəzarət və Monitorinq üzrə Operativ Qərargahından bildirilib.

 

Qeyd edilir ki, ölənlər 31-94 yaşlı xəstələrdir. 

 

"Moskvada pnevmaniyanın təsdiq edildiyi və koronavirus testlərinin müsbət nəticə verdiyi 29 pasiyent öldü. Ölənlər 31-94 yaşlı pasiyentlər idi. Onların əksəriyyətində digər xəstəliklər mövcud olub", - qərargahdan bildirilib.

 

Qərargahın məlumatına görə, Rusiyada koronavirusa ümumilikdə 47 121 yoluxma qeydə alınıb, 3 446 nəfər sağalıb, 405 nəfər pandemiyanın qurbanı olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş