Mobil operatorların gəlirləri artıb

Xəbərlər

20.05.2021 - 14:06

Həkimlər Klinikalar SEO Xidməti

Müəssisələr tərəfindən 716,2 milyon manatlıq xidmət göstərilib

 

2021-ci ilin yanvar-aprel aylarında informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 716,2 milyon manatlıq xidmət göstərilib. AYNA xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

 

Qeyd olunub ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə göstərilən xidmətlərin dəyəri real ifadədə 3,8 faiz artıb. Bu xidmətlərin 75,2 faizi əhali tərəfindən (illik müqayisədə 3,4 faiz-bənd çox) istehlak olunub.

 

Xidmətlərdən əldə edilən gəlirin 42 faizi və ya 300,9 milyon manatı (illik müqayisədə 4,1 faiz çox) mobil telefon rabitəsi sahəsində formalaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş