“Xahiş edirəm ki, bu qadının açıqlamalarına şərh vermək üçün mənimlə əlaqə saxlamayasınız”
“Xahiş edirəm ki, bu qadının açıqlamalarına şərh vermək üçün mənimlə əlaqə saxlamayasınız. Onun açıqlamalarını və sözlərini izləməyi dayandırdım”. AYNA.AZ xəbər verir ki, bu sözləri Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanı nəzərdə tutaraq deyib.
"Bu qadının açıqlaması reallığa uyğun gəlmir. Reallıq, o cümlədən KTMT ilə bağlı, tamamilə əks idi. Biz ikitərəfli sənədlər vasitəsilə Rusiyaya və 4-cü maddəyə əsasən KTMT-yə iki dəfə müraciət etdik və kömək istədik. Müdaxiləni bizim üçün Azərbaycana qarşı döyüşmək mənasında istəmədik, sadəcə dayandırılmasını istədik. Amma ümid etdiyimiz köməyi almadıq", - Mirzoyan əlavə edib.