“Milli parkların açılması yerli və xarici turistlər üçün müsbət xəbər olardı”
"Karantin müddəti mayın 31-də başa çatacaq. Bu səbəbdən bəzi ərazilərin fəaliyyətinin bərpası mümkün ola bilər. Buna milli parklar da aiddir".
AYNA xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bugünkü brifinqində Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev deyib.
“Milli parkların açılması yerli və xarici turistlər üçün müsbət xəbər olardı. Ümid edirik ki, ayın sonunda milli parklarlar ziyarətçilərə qapısını açar”, - nazir bildirib.