Elmar Məmmədyarov Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov ilə Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.
AYNA xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, tərəflər ikitərəfli münasibətlərin və xarici siyasətin əlaqələndirilməsinin aktual problemlərini, o cümlədən koronavirus infeksiyası və onun nəticələrinin qarşısının alınması, Ermənistan, Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət barədə fikir mübadiləsi aparılıblar.