Təhsil Nazirliyi müraciət vasitələrini təqdim edib
Avqustun 10-dan 2021-2022-ci tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbuluna start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.
Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, məktəbəhazırlıq qruplarına elektron qeydiyyatla bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlərdən istifadə etmək olar:
- Təhsil Nazirliyinin “Çağrı Mərkəzi” 146-0;
- Təhsil Nazirliyinin +994 51 206 78 48 vatsap nömrəsi;
- Təhsil Nazirliyinin rəsmi internet səhifəsinin əlaqə hissəsindən “Virtual qəbul” bölməsi.