Meksikada virusdan ölənlərin sayı sürətlə artır

Dünya

13.05.2020 - 11:37

Son məlumata görə, 1997 meksikalıya COVID-19 diaqnozu qoyulub

 

Meksika koronavirus böhranını yaşayan ölkələr cərgəsinə daxil olub. AYNA xarici mediaya istinadən xəbər verir ki, son sutkada ölkədə koronavirusdan 353 nəfər həyatını itirib. Bu da əvvəlki günlə müqayisədə 100 nəfər çox insan deməkdir.

 

Ölkədə ölüm və yoluxma sayı yüksələn xətt üzrə davam edir. Meksikanın Səhiyyə Nazirliyinin son məlumatına görə, 1997 meksikalıya COVID-19 diaqnozu qoyulub.

 

Ölkədə karantin elan olunsa da, Prezident Andres Manuel Lopez Obradorun, ölkə iqtisadiyyatının, xüsusən də motor sənayesinin yenidən fəaliyyətə başlaması planlarını açıqlayacağı deyilir. ABŞ hökuməti və avtomobil istehsalçıları Meksikanı ABŞ bazarına xidmət edən fabrikləri yenidən açmağa çağırıblar.

 

Qeyd edək ki, ötən gün Ümumdünya Səhiyyə Təşkilatı hazırda pandemiyanın mərkəzinin Şimali və Cənubi Amerika olduğunu rəsmi bəyan edib.

Müəllif: Ayna.az