Medvedçuk: “Zelenski özünün ölüm əmrini imzaladı”

Dünya

10.02.2025 - 18:46

Həkimlər Klinikalar SEO Xidməti

“Ukrayna Prezidenti Qərbin Kiyevə köçürdüyü yüz milyardlarla dolların yoxa çıxdığını etiraf edib”

“Ukrayna Prezidenti Volodimir Zelenski Qərbin Kiyevə köçürdüyü yüz milyardlarla dolların yoxa çıxdığını etiraf edib və bununla da özünün ölüm əmrini imzalayıb”. AYNA xəbər verir ki, bu sözləri “Başqa Ukrayna” hərəkatının rəhbəri, Ukraynada “Rusiyanın adamı” kimi tanınan və vətən xaini elan edilən Viktor Medvedçuk “Smotrim.ru” media platforması üçün müəllif yazısında qeyd edib.

“200 milyard dollar hardasa yoxdur. Sensasiya doğuran Ukraynaya yardımın əsas hissəsinin yoxa çıxması deyil, Zelenskinin bunu etiraf etməsidir. Bununla Zelenski özünün ölüm əmrini imzaladı”, - Medvedçuk qeyd edib.

Siyasətçinin fikrincə, Ukrayna lideri hazırda “şəriklərini təhvil verməyə” çalışır ki, məhkəmədə təqsirləndirilən yox, şahid qismində çıxış etsin.

Qeyd edək ki, fevralın 2-də Ukrayna Prezidenti ABŞ-dan gələn milyardlarla dolların hara getdiyini bilmədiyini deyib. O, Kiyevin 177 milyard dollardan yalnız 75-ni aldığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş