“Ukrayna xalqının ölkədə hərbi vəziyyət dövründə seçkilərin keçirilməsinin əleyhinə olduğunu deməsi gülüncdür”
“Ukrayna lideri Volodimir Zelenskinin Ukrayna xalqının ölkədə hərbi vəziyyət dövründə seçkilərin keçirilməsinin əleyhinə olduğunu deməsi gülüncdür”. AYNA xarici mediaya istinadən bildirir ki, bu barədə amerikalı sahibkar İlon Mask “X” sosial şəbəkə səhifəsində yazıb.
Qeyd edək ki, fevralın 9-da Zelenski müsahibəsində qeyd edib ki, o, Ukraynada prezident seçkilərindən qorxmur, lakin onun fikrincə, ukraynalılar onların hərbi əməliyyatlar zamanı keçirilməsinin əleyhinədirlər.
“Əlbəttə”, – Mask Zelenskinin müvafiq bəyanatını istehza ilə şərh edib.
Xatırladaq ki, Ukrayna Prezidentinin səlahiyyətləri beş illik hakimiyyətdən sonra 2024-cü ilin mayında başa çatıb. Bundan sonra konstitusiyaya görə, yeni seçkilər təyin olunmalı idi. Lakin hərbi vəziyyətə görə seçkilər təxirə salınıb.