“Başqalarının oğullarını əbədi müharibənin qanı və palçıqları içində səngərlərə göndərirlər”
Amerikalı milyarder və ABŞ Hökumətin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask Ukrayna və bəzi Qərb elitalarını ikiüzlülükdə ittiham edib. AYNA.AZ xəbər verir ki, bu barədə Mask “X” sosial şəbəkə hesabında yazıb.
Ukrayna lideri Volodimir Zelenskinin münaqişənin davam etməsini istədiyini deyən sosial şəbəkə istifadəçisinin mesajına iş adamı “Ukraynadakı elita və Qərbdəki elitanın bəzi nümayəndələri kimi, hər gecə malikanələrdə dəbdəbəli şam yeməyi yeyərək, başqalarının oğullarını əbədi müharibənin qanı və palçıqları içində səngərlərə göndərirlər” deyə cavab verib.