Masallıda 1520 ədəd xaş-xaş kolu məhv edilib

Xəbərlər

22.06.2026 - 13:34

Ümumi çəkisi 349 kiloqram olan xaş-xaş kolu məhv olunub

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2026” şərti adlı kompleks tədbirlər nəticəsində Dəmbəlov kəndi ərazisindəki meşə zolağında yabanı halda bitən narkotik tərkibli bitkilər aşkarlanıb.

AYNA.AZ Azərtac-a istinadən xəbər verir ki, ümumi çəkisi 349 kiloqram olan 1520 ədəd xaş-xaş kolu məhv edilib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş