Macarıstan Ukraynanın Aİ-yə üzvlük danışıqlarının yeni mərhələsini bloklayıb

Dünya

29.07.2026 - 22:14

Ötən həftə Budapeşt altı klasterdən ikinci və üçüncüsünün açılışını təxirə salıb

Macarıstan rəsmiləri Ukraynanın Avropa İttifaqına (Aİ) inteqrasiyası ilə bağlı iki yeni məqam üzrə danışıqların başlanmasını bloklayıblar. AYNA.AZ xəbər verir ki, bu barədə “The Financial Times” məlumatlı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ötən həftə Budapeşt altı klasterdən ikinci və üçüncüsünün açılışını təxirə salıb. Bu klasterlər Avropa vahid bazarına qoşulma və Ukraynanın iqtisadi və sosial siyasətinin genişləndirilməsi ilə bağlıdır.

Macarıstan hökumətinin sözçüsü nəşrə bildirib ki, Budapeşt Ukraynanın Aİ-yə üzvlüyü üçün hər hansı "sürətli yola" qarşıdır. Macarıstan liderləri iddia edirlər ki, Kiyev "güzəşt" almamalıdır, Qərbi Balkanlardan olan namizədlər isə illərdir blokun tələblərinə cavab vermək üçün islahatlar həyata keçirirlər.

Məqalədə qeyd olunub ki, Budapeştin mövqeyi ölkənin Baş nazir Peter Madyarın rəhbərlik etdiyi yeni rəhbərliyinin sələfi Viktor Orbanın Ukrayna ilə bağlı siyasətindən tamamilə imtina etmək istəmədiyini vurğulayır.

Aİ rəsmiləri nəşrə bildiriblər ki, onlar hazırkı vəziyyətdə ölkəni ümumavropa kursunu dəstəkləməyə məcbur etmək üçün "Macarıstana siyasi təsir" göstərməyə imkan verirlər.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş