Onlardan Macarıstanı tərk etmələri tələb olunub
Macarıstan 10 rus diplomatını ölkədən çıxarır. AYNA.AZ xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Anita Orban “Facebook” səhifəsində yazıb.
Onun sözlərinə görə, Budapeştdəki Rusiya səfirinə rus diplomatlarının Vyana Konvensiyası ilə müəyyən edilmiş statuslarına uyğun olmayan fəaliyyətlərlə məşğul olduqları barədə məlumat verilib.
Orban əlavə edib ki, onlardan Macarıstanı tərk etmələri tələb olunub.