Nazirlər Kabinetində yerlər müsəlmanlar və xristianlar arasında bərabər bölünüb
Livanın yeni Baş naziri Navaf Salam şənbə günü 24 nazirdən ibarət hökuməti formalaşdırıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, Nazirlər Kabinetində yerlər müsəlmanlar və xristianlar arasında bərabər bölünüb.
Şənbə günü səhər saatlarında ölkə Prezidenti Cozef Aun müvəqqəti hökumətin buraxıldığını elan edib.
Məlumatlarda qeyd olunub ki, Salam hökuməti İsrailin “Hizbullah” qruplaşmasına qarşı apardığı hərbi əməliyyatlar zamanı böyük ziyan görən Livanın cənubunun yenidən qurulması ilə məşğul olacaq.