Litvanın yeni Baş naziri seçilib

Dünya

30.06.2026 - 22:57

Litva Parlamenti Mindauqas Sinkeviçiusu ölkənin yeni Baş naziri seçib

Litvanın yeni Baş naziri seçilib. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, Litva Parlamenti Mindauqas Sinkeviçiusu ölkənin yeni Baş naziri seçib.

Bildirilib ki, 42 yaşlı Sinkeviçiusun yeni kabineti formalaşdırmaq və hökumət proqramı hazırlamaq üçün 15 gün vaxtı var.

Qeyd edək ki, sabiq Baş nazir İnqa Ruqinienenin rəhbərlik etdiyi hökumət 23 iyunda istefa verib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş