Vladimir Putin: "Bilirik ki, həm sizin, həm də həmkarlarınızın KTMT-yə qarşı suallarınız, problemləriniz və şikayətləriniz olub və var”
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) 2022-ci ildə Praqada Ermənistan rəhbərliyinin verdiyi açıqlamalardan sonra Qarabağdakı vəziyyətə müdaxilə edə bilməzdi. AYNA.AZ rus mediasına istinadən bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə deyib.
"Düşünürəm ki, 2022-ci ildə Praqada Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıdıqdan sonra KTMT-nin bu prosesə müdaxiləsinin tamamilə yersiz olacağı da eyni dərəcədə aydındır. Çünki bu proses Azərbaycandaxili ölçü qazanmışdı", - deyə Putin zamanı bildirib.
Rusiya Prezidenti Qarabağ məsələsini “ən həssas məsələ” adlandırıb: "Bilirik ki, həm sizin, həm də həmkarlarınızın KTMT-yə qarşı suallarınız, problemləriniz və şikayətləriniz olub və var. Biz bu mövzuya daim qayıdırıq".