Kreml Bakıdakı "Rus Evi"nin bağlanmasından təəssüflənir

Aktual

07.02.2025 - 19:27

Həkimlər Klinikalar SEO Xidməti

“Dmitri Peskov: “Hesab edirik ki, bu, həll oluna bilən anlaşılmazlıqdır”

“Kreml Bakıda “Rus Evi”nin bağlanmasından təəssüflənir”. AYNA rus mediasına istinadən bildirir ki, bu sözləri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə deyib.

“Biz buna təəssüf edirik. Hesab edirik ki, bu, həll oluna bilən anlaşılmazlıqdır”.

Peskov əlavə edib ki, Rusiya tərəfi vəziyyəti “ənənəvi yaxşı münasibətləri rəhbər tutaraq” Bakı ilə dialoq yolu ilə həll edəcək.

Xatırladaq ki, Azərbaycan fevralın 6-da Bakıdakı “Rus Evi”nin fəaliyyətinin dayandırılması ilə bağlı Rusiya tərəfinə nota göndərib.

“Belə təşkilatların Azərbaycan Respublikasının ərazisində fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə edilmiş razılaşmaların tələblərinə uyğun olaraq tənzimlənir. “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin – “Rus Evi”nin hüquqi şəxs kimi qeydiyyata alınmaması və qurumun Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozması barədə Rusiya tərəfinə məlumat verildikdən sonra 2025-ci il fevralın 3-də Rusiya tərəfinə “Rusiya Palatasının fəaliyyətinin dayandırılması ilə bağlı nota” göndərilib.

“Beləliklə, Azərbaycan tərəfinin “Rus Evi”nin ölkəmizdə fəaliyyətinə xitam verilməsi ilə bağlı qərarına uyğun olaraq, Rusiya tərəfinin bu istiqamətdə müvafiq tədbirlər görəcəyi gözlənilir”, - deyə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş