Kolleclərdə dərs deyən alimlərin sayı açıqlanıb

Xəbərlər

15.10.2021 - 19:16

Həkimlər Klinikalar SEO Xidməti

Orta ixtisas təhsili müəssisələrində işləyənlərin 11-i elmlər doktoru, 106 nəfər isə fəlsəfə doktorudur

Azərbaycanda fəaliyyət göstərən dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində tədris ilinin əvvəlinə 6 min 111 müəllim çalışıb. Onların 4 min 761 nəfəri qadındır.

AYNA xəbər verir ki, bu məlumat Dövlət Statistika Komitəsinin “Azərbaycanda təhsil, elm və mədəniyyət-2021” adlı məcmuəsində əks olunub.

Məcmuədə bildirilir ki, həmin təhsil müəssisələrində işləyənlərin 11-i elmlər doktoru, 106 nəfər isə fəlsəfə doktorudur. Həmçinin dövlət və qeyri-dövlət orta ixtisas təhsili müəssisələrində dərs deyən müəllimlərdən 6-sı professor, 23 nəfər isə dosentdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş