“Paşinyan hər iki tərəfin – həm Avropanın, həm də Rusiyanın mövqeyini təxirə sala bilməyəcək”
“Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında görüşün nəticələri Ermənistan üçün məyusedicidir”. AYNA.AZ xəbər verir ki, bu sözləri rusiyalı tarixçi, ictimai xadim Modest Kolerov “News.am”a verdiyi müsahibədə Putinlə Paşinyan arasında Bişkekdə keçirilən son görüşü şərh edərkən deyib.
"Paşinyan Ermənistanı Avropaya inteqrasiyasının nəticələrini mümkün qədər gecikdirməyi qarşısına məqsəd qoyub ki, bu da Ermənistanın Rusiya ilə Avrasiya münasibətlərinə mənfi təsir göstərəcək", - deyə Kolerov bildirib.
Rusiyalı ekspertin sözlərinə görə, Ermənistan hökumətinin başçısı hər iki tərəfin mövqeyini açıq şəkildə təxirə salmaq istəyib, lakin bir gün əvvəl bunu edə bilməyib: "Rusiya lideri Putin vasitəsilə mövqeyinin əsas tezisini birbaşa səsləndirib və yeri gəlmişkən, bu, dəfələrlə ifadə olunub. Lakin bu, Paşinyan üçün kifayət deyildi. İndi o, bütün bunları Rusiyanın ən yüksək vəzifəli şəxsindən birbaşa eşidib".
Ekspert əmindir ki, “Paşinyan hər iki tərəfin – həm Avropanın, həm də Rusiyanın mövqeyini təxirə sala bilməyəcək”.