Köçəryana qarşı cinayət işi açılıb

Dünya

25.08.2026 - 15:12

Ermənistanın sabiq Prezidenti üç maddə üzrə ittiham olunur

Ermənistanın sabiq Prezidenti Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, 24 avqustda Baş prokuror Ermənistan Respublikasının ikinci Prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə bağlı ictimai cinayət təqibi başladıb.

Eyni zamanda, daha doqquz nəfərə qarşı, o cümlədən Köçəryanın oğlu Sedrak, keçmiş müdafiə naziri S. S. (2000-2007-ci illərdə bu vəzifəni Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyan tutub), keçmiş Baş nazir A. M. (Andranik Marqaryan 2000-2007-ci illərdə Ermənistanın Baş naziri olub), İrəvanın sabiq meri Q. B. (Qaqik Beqlaryan) və digərlərinə cinayət işi açılıb.

Qeyd olunur ki, Köçəryan 1998-2008-ci illərdə Ermənistan Respublikasının Prezidenti vəzifəsində çalışdığı dövrdə xidməti mövqeyindən istifadə edərək dövlət əmlakını uydurma əsaslarla mənimsəyib və bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra obyektlər əldə edib. Söhbət torpaq sahələri və daşınmaz əmlak obyektlərindən gedir.

Köçəryanın ailəsinə məxsus daşınmaz əmlaklara həbs qoyulub. Evində axtarış başa çatıb.

Medianın məlumatınma görə, Ermənistanın üçüncü Prezidenti Serj Sarkisyan da Korrupsiyaya qarşı Mübarizə Komitəsinə aparılıb. Qeyd olunub ki, o da dövlət əmlakının mənimsənilməsi faktı ilə bağlı açılmış cinayət işinə cəlb olunub.

Sarkisyan Korrupsiyaya qarşı Mübarizə Komitəsinin qarşısında jurnalistlərə hələ ki heç nəyin ona məlum olmadığını bildirib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş