Kiyevdə həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək

Xəbərlər

28.09.2026 - 14:49

Nəşin ölkəyə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir

Dünən 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat Xidməti İdarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşının olduğu ilə bağlı məlumat paylaşıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş