Kim Çen Inın bacısı Yaponiyadan gələn təhlükə barədə xəbərdarlıq edib
“Yaponiya hərbi imkanlarını artırır və regional, qlobal təhlükəsizliyə təhdid yaradır”. AYNA.AZ KCNA-ya istinadən xəbər verir ki, bu sözləri Koreya İşçi Partiyası Mərkəzi Komitəsinin şöbə müdiri və Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo-jonq deyib.
"Yaponiyanın qabaqlayıcı zərbə qabiliyyəti əldə etmək cəhdi qlobal sülhü və sabitliyi sarsıdan ciddi bir təhdiddir", - deyə qeyd edib.
Kim Yo-jonq deyib ki, Tokio uzaq mənzilli “Tomahawk” qanadlı raketlərini sınaqdan keçirmək, raketlər yerləşdirmək və digər zərbə imkanlarını inkişaf etdirmək də daxil olmaqla, qabaqlayıcı zərbələr üçün imkanlarını genişləndirir.