Satışlar keçən ilin eyni dövrü ilə müqayisədə 56% artıb
Birləşmiş Krallıqda karantin müddətində ən çox satılan məhsulların siyahısı açıqlanıb. AYNA BBC-yə istinadən xəbər verir ki, ölkədə karantin rejimindəki dövrdə ən çox araq və şokolad satışı həyata keçirilib.
“Paypoint” ödənişi təmin edən şirkətin verdiyi məlumata görə, şokolad və araqdan sonra ən çox satılan məhsul çörək, süd və tualet kağızıdır.
Ölkədə karantinlə əlaqədar alış-veriş internet üzərindən həyata keçirilir. 28 000 mağazaya xidmət göstərən şirkət bildirib ki, satışlar keçən ilin eyni dövrü ilə müqayisədə 56% artıb.