Kamçatkada köməksiz qalan Azərbaycan vətəndaşı təxliyə edilib

Hadisə

23.08.2026 - 12:51

Tatyana Dolivetsin səhhətində hər hansı problem yoxdur

Rusiya Federasiyasının Kamçatka vilayətində yağan güclü yağışlar səbəbindən çıxılmaz vəziyyətdə qalmış turist qrupunun üzvü, Azərbaycan Respublikasının vətəndaşı Tatyana Dolivets Rusiya FHN tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. AYNA.AZ xəbər verir ki, bu barədə Azərbaycan Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Onun səhhətində hər hansı problem yoxdur.

Qeyd edək ki, vətəndaşımızın təxliyəsi Azərbaycan Respublikasının müvafiq dövlət qurumlarının diqqətində saxlanılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş