Juravel dövlətə xəyanət ittihamı ilə 14 il müddətinə həbs olunub

Dünya

25.11.2024 - 23:16

Həkimlər Klinikalar SEO Xidməti

Nikita Juravel cəzasını ciddi rejimli kaloniyada çəkəcək

Volqoqrad Vilayət Məhkəməsi əvvəllər müsəlmanlarım müqəddəs kitabı olan “Quran”ı yandırmaqda təqsirli bilinərək 3,5 il müddətinə azadlıqdan məhrum edilən Nikita Juraveli dövlətə xəyanət işi üzrə ciddi rejimli koloniyada 14 il müddətinə azadlıqdan məhrum edib.

AYNA rus mediasına istinadən xəbər verir ki, bu barədə Volqoqrad məhkəməsinin yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, cinayətlərinin məcmusuna əsasən, o, 14 il müddətinə azadlıqdan məhrum edilir, cəzasını ciddi rejimli islah koloniyasında çəkəcək.

Müstəntiqlərin sözlərinə görə, Juravel messencer vasitəsilə Ukrayna Təhlükəsizlik Xidmətinin nümayəndəsinə əməkdaşlıq təklif edib.

2023-cü ilin martında cinayət işində təqsirləndirilən şəxs Rusiya Silahlı Qüvvələrinin hərbi texnikasını daşıyan qatarın, uçan hərbi təyyarələrin videoyazılarını və hərbi hissələrdən birinin xidməti avtomobilinin hərəkəti ilə bağlı məlumatları xaricdəki cinayət ortağına göndərib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş