"Biz 1,7 milyard funt sterlinq qənaət etməyi və sürətlə dəyişən bazarda şirkətin səmərəliliyini artırmağı gözləyirik”
Britaniyanın avtomobil istehsalçısı “Jaguar Land Rover” (Hindistan korporasiyası Tata Group-a məxsusdur) xərclərin azaldılması proqramının bir hissəsi olaraq 4000 iş yerinin ixtisar ediləcəyini açıqlayıb.
AYNA.AZ xarici mediaya istinadən bildirir ki, şirkətin açıqlamasında qeyd edilib: "Biz 1,7 milyard funt sterlinq (2,3 milyard dollar) qənaət etməyi və sürətlə dəyişən bazarda şirkətin səmərəliliyini artırmağı gözləyirik. Bu transformasiyanın bir hissəsi olaraq, növbəti iki il ərzində qlobal işçi qüvvəmizi təxminən 4000 nəfər azaldacağıq".
Şirkətdə dünya üzrə təxminən 43.000 nəfər işləyir.
Daha əvvəl “The Sunday Times” qəzeti xəbər verib ki, avtomobil istehsalçısı ABŞ Prezidenti Donald Tramp administrasiyası tərəfindən tətbiq edilən tariflər və avtomobil satışlarının azalması səbəbindən bu cür kəskin tədbirlərə əl atmağa məcbur olub. Qəzet qeyd edir ki, iş yerlərinin ixtisar edilməsi həmkarlar ittifaqları arasında narahatlıq yaradıb və onlar hökumətlə danışıqlar tələb edirlər.