İvanka Trampın şəxsi köməkçisi koronavirusa yoluxub

Dünya

09.05.2020 - 14:13

Həkimlər Klinikalar SEO Xidməti

ABŞ-da daha bir vəzifəli şəxsdə koronavirus aşkarlanıb 

 

Koronavirus pandemiyasının mərkəzinə çevrilən ABŞ-da yoluxma hallarının sayı artmaqda davam edir. AYNA xəbər verir ki, ABŞ prezidenti Donald Trampın qızı İvanka Trampın şəxsi köməkçisində də koronavirus aşkarlanıb.

 

ABŞ mediasının məlumatına görə, İvanka Trampın şəxsi köməkçisinin son bir neçə həftə ərzində İvankanın yanında olmadığı və uzaqdan çalışdığı bildirilib. Bununla yanaşı, yerli media İvanka və əri Cared Kuşnerin test nəticələrinin mənfi olduğunu söyləyib. 

 

Qeyd edək ki, iki gün əvvəl Donald Trampın köməkçisinə koronavirus diaqnozu qoyulandan sonra vitse-prezident Mayk Pensin mətbuat katibi Katie Millerin də virus testinin müsbət olduğu açıqlanmışdı.

Müəllif: Mərahim Nəsib

Pin up casino Pin-up casino giriş