İtaliyan zabit Rusiyaya casusluq ittihamı ilə saxlanılıb

Dünya

31.03.2021 - 12:13

Hərbi Dəniz Donanmasının kapitanı məxfi məlumatlar olan sənədləri Rusiya səfirliyinin işçisinə təhvil verdiyi anda həbs edilib

 

Romada İtaliyanın Hərbi Dəniz Donanmasının zabiti Rusiyaya casusluq ittihamı ilə saxlanılıb. AYNA xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti yazıb.

 

Qeyd edilir ki, İtalya Hərbi Dəniz Donanmasının kapitanı məxfi məlumatlar olan sənədləri pul qarşılığında Rusiyanın İtaliyadakı səfirliyinin bir işçisinə təhvil verdiyi anda həbs edilib. Şübhəlinin adı açıqlanmayıb. İstintaq zabitin ailəsindəki maddi çətinliklər səbəbi ilə Rusiyaya casusluq edə biləcəyini ehtimal edir.

Müəllif: Ayna.az