İsveç İran səfirliyinin əməkdaşını ölkədən çıxarır

Dünya

16.09.2026 - 22:29

İran səfirliyinin əməkdaşlarından birinə İsveçi tərk etmək tapşırılıb

İranın Stokholmdakı səfiri İsveç Xarici İşlər Nazirliyinə çağırılıb. AYNA.AZ xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsveç hökuməti məlumat yayıb.

Bildirilib ki, İran səfirliyinin əməkdaşlarından birinə İsveçi tərk etmək tapşırılıb.

“İsveçdəki İran səfirliyinin əməkdaşına Diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına uyğun olmayan fəaliyyətlə əlaqədar ölkəni tərk etmək təklif edilib”, – hökumətin açıqlamasında deyilir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş