“Hadisələri izləyir və həm müdafiə, həm də hücum üçün bütün ssenarilərə hazırıq”
İsrail ordusu Suriyadakı vəziyyəti diqqətlə izləyir və Suriya istiqamətində potensial təhdidləri yatırmaq üçün istənilən hərəkətə, o cümlədən hücuma hazırdır. AYNA TASS-a istinadən xəbər verir ki, bu barəcə İsrail Müdafiə Qüvvələrindən (IDF) bildirilib.
“Hadisələri izləyir və həm müdafiə, həm də hücum üçün bütün ssenarilərə hazırıq. İDF Suriya-İsrail sərhədi yaxınlığında təhlükəyə dözməyəcək və İsrail dövlətinin vətəndaşlarına qarşı hər hansı təhlükənin qarşısını almaq üçün hərəkətə keçəcək”, – ordunun Mətbuat Xidmətinin açıqlamasında qeyd edilib.
Bu bəyanat İsrail hərbi rəhbərliyinin Suriyadakı vəziyyətin qiymətləndirilməsinə həsr olunmuş operativ iclasının yekunları üzrə verilib. İclasda ölkənin müdafiə naziri İsrael Kats, İsrail ordusunun Baş Qərargah rəisi Herzi Halevi və yüksək ordu komandanlığının digər nümayəndələri iştirak ediblər.