İsrail beynəlxalq ictimaiyyətə çağırış edib

Dünya

11.05.2021 - 17:26

Həkimlər Klinikalar SEO Xidməti

“Terror təşkilatları İsrail ərazilərinə intensiv raket atışları həyata keçirir”

 

İsrail Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyəti ölkədəki mülki insanlara qarşı raket hücumlarını qınamağa və özünümüdafiə hüququnu dəstəkləməyə çağırıb. AYNA xəbər verir ki, bu barədə “RİA Novosti” İsrail XİN-ə istinadən məlumat yayıb.

 

“Biz beynəlxalq cəmiyyəti İsrail vətəndaşlarına qarşı raket hücumlarını və Fələstin terrorizmini mümkün qədər sərt şəkildə qınamağa və İsrailin özünümüdafiə hüququnu dəstəkləməyə çağırırıq. HƏMAS və Fələstinin Qəzza zolağındakı digər terror təşkilatları İsrail ərazilərinə intensiv raket atışları həyata keçirir, yalnız mülki obyektlərə və yaşayış məntəqələrinə zərbə vurmağa çalışırlar”, - deyə XİN açıqlamasında vurğulayıb.

 

Bildirilib ki, İsrail dövləti vətəndaşlarını qorumaq üçün lazımlı addımları atacaq və ölkənin mülki əhalisinə qarşı hücumlar cavabsız qalmayacaq.

 

Bəyanatda xüsusi olaraq qeyd edilir ki, İsrail Qüdsdəki vəziyyəti düzəltməyə çalışır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş