İsmayıllıda yanğın baş verib

Hadisə

09.09.2020 - 08:14

Yaxınlıqdakı ev yanğından mühafizə olunub

 

İsmayıllı rayonunda yanğın hadisəsi qeydə alınıb.

 

AYNA FHN-ə istinadən xəbər verir ki, rayonun Təzəkənd kəndində ümumi sahəsi 40 kv. m olan köməkçi tikilinin və bitişik ümumi sahəsi 60 kv. m talvarın yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az