Naməlum şəraitdə öldürülən zabitin kimliyi açıqlanmayıb
İraqda ABŞ Silahlı Qüvvələri mərkəzi komandanlığının yüksək rütbəli zabiti qətlə yetirilib. AYNA xarici mediaya istinadən bildirir ki, hadisə paytaxt Bağdadda baş verib.
Naməlum şəraitdə öldürülən zabitin kimliyi açıqlanmayıb.
Məlumata görə, İraqın xüsusi xidmət orqanları faktla bağlı araşdırmalara başlayıb.
ABŞ-ın İraqdakı hərbi hissələrinin komandanlığı məlumatı təkzib etməyib.