İraqda 9 İŞİD terrorçusu edam ediləcək

Dünya

28.06.2021 - 12:43

Həkimlər Klinikalar SEO Xidməti

Ali Məhkəmə Şurası terror qruplaşmasının üzvlərini edam cəzasına məhkum edib

 

İraqın Ali Məhkəmə Şurası İŞİD terror qruplaşmasının doqquz üzvünü edam cəzasına məhkum edib. AYNA xəbər verir ki, bu barədə yerli “Əl-Sumaria” telekanalı məlumat yayıb.

 

"İstintaq zamanı İŞİD üzvləri 2014-cü ilin yayında Salahəddin əyalətini ələ keçirdiklərini və kütləvi qırğınlar törətdiklərini, terror aksiyaları həyata keçirdiklərini etiraf ediblər”, - deyə məlumatda qeyd olunur.

 

Vurğulanır ki, məhkəmənin terrorla mübarizə maddəsi ilə hökm çıxarması üçün kifayət qədər dəlili var.

 

Məlumatda o da qeyd edilib ki, İŞİD terrorçuları asılaraq edam ediləcəklər.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş