İranla BƏƏ arasında ticarət bərpa olunub

Dünya

27.06.2026 - 21:27

İran və BƏƏ Cəbəl Əli limanı vasitəsilə ticarət əməkdaşlığını bərpa ediblər

İran və BƏƏ Cəbəl Əli limanı vasitəsilə ticarət əməkdaşlığını bərpa ediblər. AYNA.AZ xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Agentlik yazıb: "İran Ticarət İnkişafı Təşkilatının Ticarət Xidmətləri üzrə direktor müavini İran və BƏƏ arasında ticarət əlaqələrinin Cəbəl Əli limanı vasitəsilə bərpa olunduğunu elan edib".

İRNA qeyd edir ki, Cəbəl Əli BƏƏ-də yerləşən cənubi Fars körfəzindəki ən vacib limanlardan biridir və BƏƏ ilə İran arasında ticarətin əsas hissəsinin keçdiyi əsas tranzit mərkəzidir.

28 fevral 2026-cı ildə başlayan ABŞ və İsrail hərbi əməliyyatı nəticəsində Cəbəl Əli limanı vasitəsilə ticarət əməliyyatları dayandırılmışdı.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş