Yaralanan hərbçilərin əksəriyyəti artıq xidmətə qayıdıb
İranın bu ay Yaxın Şərqdəki ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində 100-ə yaxın amerikalı hərbçi yaralanıb. AYNA.AZ xəbər verir ki, bu barədə “CBS News” Pentaqon rəsmilərinə istinadla məlumat yayıb.
Bildirilir ki, yaralanan hərbçilərin əksəriyyəti artıq xidmətə qayıdıb.
ABŞ müdafiə nazirinin ictimai əlaqələr üzrə köməkçisi Şon Parnell məlumatı təsdiqləyərək bildirib ki, iyulun 7-dən bəri müxtəlif dərəcəli xəsarət alan hərbçilərin təxminən 96 faizi yenidən xidmətə başlayıb. Onun sözlərinə görə, yaralanmaların əksəriyyəti yüngül beyin silkələnməsi ilə bağlıdır.