Əziz Nəsirzadə: “Biz sanksiyalar və təhdidlər altında danışıqlar aparmırıq”
“Vaşinqton əvvəlki razılaşmaları heç vaxt yerinə yetirmədiyi üçün yeni Prezident Donald Trampın rəhbərlik etdiyi ABŞ administrasiyası ilə danışıqlar aparmaq mümkün deyil”. AYNA xarici mediaya istinadən bildirir ki, bu sözləri İranın müdafiə naziri Əziz Nəsirzadə deyib.
“Amerikalılar boş şeylər danışırlar. Biz sanksiyalar və təhdidlər altında danışıqlar aparmırıq. Və ABŞ-ın indiki hökuməti ilə danışıqlar aparmaq mümkün deyil. Biz onları qəbul etmirik”, - Nəsirzadə qeyd edib.