Məhəmməd Bağır Qalibaf: “Hörmüz boğazının idarə olunması müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq”
“Hörmüz boğazının idarə olunması müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq. Tehran su yoluna nəzarət edəcək”. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu sözləri İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf deyib.
"Hər kəs başa düşməlidir ki, Hörmüz boğazının idarə olunması heç vaxt müharibədən əvvəlki vəziyyətinə qayıtmayacaq. Əlbəttə ki, beynəlxalq qaydalara əməl olunacaq, lakin İran Hörmüz boğazına nəzarət edəcək", - deyə Qalibaf İsveçrədən gələrkən yolda jurnalistlərə bildirib.
Qeyd edək ki, Qalibaf ABŞ ilə danışıqlarda İran nümayəndə heyətinin liderlərindən biri olub.