“Ölkənin doktrinası əvvəllər müdafiə xarakterli olub, lakin iki müharibə ərzində tədricən inkişaf edib”
“İran ABŞ və İsrail ilə son iki münaqişəsi zamanı rəsmi olaraq hücum hərbi doktrinasını qəbul edib”. AYNA.AZ xəbər verir ki, bu sözləri İranın hərbi sözçüsü Məhəmməd Əkrəm İRNA xəbər agentliyinə deyib.
O bildirib ki, “ölkənin doktrinası əvvəllər müdafiə xarakterli olub, lakin iki müharibə ərzində tədricən inkişaf edib”.
“İndi hücum doktrinası yalnız profilaktik əməliyyatları deyil, həm də istənilən təcavüzə dərhal, genişmiqyaslı cavabı əhatə edir”, - bildirib.