“İki həftədən az müddətdə bütün ekspert rəyləri alındıqdan sonra bu layihə parlamentin plenar iclasında təqdimata tam hazır olacaq”
Hörmüz boğazının idarə olunması ilə bağlı yeni qanun layihəsi iki həftədən az müddətdə İran Məclisinə (birpalatalı parlament) təqdim olunacaq. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvənd məlumat verib.
“Hesab edirəm ki, iki həftədən az müddətdə bütün ekspert rəyləri alındıqdan sonra bu layihə parlamentin plenar iclasında təqdimata tam hazır olacaq”, - deyib.
Zöhrəvənd qeyd edib ki, qanun layihəsi hazırda Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsində gündəmdədir və ekspertiza işləri aparılır.
Avqustun 9-da İranın dövlət televiziya və radio şirkəti bildirib ki, İran Məclisinin (birpalatalı parlament) Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazının idarə olunması ilə bağlı yeni qanun layihəsini təsdiqləyib.